Rusiya Ermənistandakı hərbi bazalarını müasirləşdirir

9 Aprel 2012 15:32 (UTC+04:00)

Suriyadakı rejimin dəyişdirilməsi Rusiyanın təhlükəsizliyinə və maraqlarına ciddi təhlükə yarada bilər. Xarici mətbuata istinadən xəbər verilir ki, bu barədə Pentaqonun keçmiş məmuru Maykl Maluf bildirib.

Onun sözlərinə görə, Suriya ətrafında yaranmış vəziyyət Moskvanın üzləşdiyi bir çox irihəcmli mühüm problemlərinin yalnız bir aspektidir: "Məsələn, Suriyadan başlamış İranadək - bütün Yaxın Şərqdəki böhranın patlayışa səbəb ola biləcəyini hiss edən Rusiya Ermənistandakı hərbi bazalarını müasirləşdirməyi və bura əlavə qüvvələr atmağı daha məqsədəuyğun sayır".


Maluf Rusiyanın BMT Təhlükəsizlik Şurasının Suriyaya dair qətnaməsini dəstəkləməməsini də düzgün addım hesab edir.