"Real" "Valensiya" ilə bacarmadı!

9 Aprel 2012 12:03 (UTC+04:00)
Dünən İspaniya La Liqasının 31-ci turu çərçivəsində "Valensiya"nı qəbul edən Madrid "Real"ı acınacaqlı durumla qarşı-qarşıya qalıb. Siasport.az saytı xəbər verir ki, əzəli rəqibi olan "Barselona"nın səfərdə "Saraqoza" üzərindəki 4:1 hesablı qələbəsindən sonra bütün diqqətini "Valensiya"nı doğma meydanda məğlub etmək taktikasına yönəldən kraı klubu, qələbə əvəzinə qarşılaşmadan qolsuz bərabərliklə ayrılaraq iki qızıl xal itirib. hazırda "Real" ilə "Barselona" arasındakı xal fərqi 4-ə enib. Arda Turanın komandası olan "Atletiko Madrid" isə "Levante"yə 0:2 hesabı ilə məğlub olub. "Atletik" isə "Sevilya"nı 1:0 hesabı ilə məğlub edib. Keçirilən bütün qarşılaşmaları və qeydə alınan nəticələri diqqətinizə çatdırırıq:


"Espanyol" - "Real" (Sosyedad) - 2:2
Qollar:
Vela, 12 (0:1) 14 (0:2), Demidov, 45-avtoqol (1:2), Veiss, 47 (2:2)

"Rayo Valyekano" - "Osasuna" - 6:0
Qollar:
Movilla, 5 (1:0), Miku, 17 (2:0), 28 (3:0), Kosta, 36 (4:0), Armentero, 57 (5:0), Tito, 79 (6:0)

"Qetafe" - "Sportinq" (Xixon) - 2:0
Qollar:
Miku, 22 (1:0), Kastro, 47 (2:0)

"Saraqoza" - "Barselona" - 1:4
Qollar:
Aranda, 30 (1:0), Puyol, 36 (1:1), Messi, 39 (1:2), 86-pen (1:3), Pedro, 90 (1:4)

"Betis" - "Vilyareal" - 3:1
Qollar:
Kruz, 35 (1:0), Martin, 38 (2:0), Ekçeberiya, 58 (3:0), Ruben, 90-pen (3:1)

"Levante" - "Atletiko" (Madrid) - 2:0
Qollar:
Valdo, 1 (1:0), Kone, 10 (2:0)

"Malyorka" - "Qranada" - 0:0

"Atletik" (Bilbao) - "Sevilya" - 1:0
Qol:
Lorente, 47 (1:0)

"Real" (Madrid) - "Valensiya" - 0:0