Suriyada ölənlərin sayı 52 nəfərə çatdı

9 Aprel 2012 11:49 (UTC+04:00)

Suriyanın müxtəlif şəhərlərində hökumət əleyhinə təşkil edilən əməliyyatlarda təhlükəsizlik qüüvələrinin açdığı atəş nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, ümumilikdə hadisələr nəticəsində İdlib şəhərində 24, Humusda 15, Hamada 6, paytaxt Dəməşqdə 5, Halep və Dərədə bir nəfər həlak olub. Hazırda əməliyyatlar davam etdiririlir.