Elxan Süleymanov erməni deputatlarla bağlı Avronest PA-ya müraciət edəcək

6 Aprel 2012 16:58 (UTC+04:00)

Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov Ermənistan nümayəndə heyəti üzvlərinin Bakı sessiyası barədə müxtəlif mətbuat orqanlarında səsləndirdikləri qərəzli fikirlərlə bağlı Avronest PA və Avropa parlamentinin rəhbərliyinə müraciət edəcək.

SİA-nın xəbərinə görə, Ermənistan nümayəndə heyətinin Bakı sessiyasından qayıtdıqdan sonra İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirilən bir sıra fikirlərə münasibət bildirərək deyib: "Cənab Hovhanisyanın Azərbaycan Respublikasının Prezidentinin çıxışından sonra guya bizim milət vəkillərinin erməni deputatlarına yaxınlaşaraq üzr istəmələri ilə bağlı verdiyi "məlumat" məndə təəssüf və təəccüb hissi doğurdu. Etiraf edim ki, bu İrəvandakı mətbuat konfransında səslənən yeganə qeyri-obyektiv fikir deyil".