Kardioloqlar üçün təlimlər keçirilir

5 Aprel 2012 10:16 (UTC+04:00)

Belarusun Kardiologiya və Kardiocərrahiyyə İnstitutunun aparıcı mütəxəssisləri tərəfindən Akademik M.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinin həkim və orta tibb heyəti üçün təlimlər təşkil olunur. SİA-nın xəbərinə görə, təlimlər Azərbaycanda kardiocərrahiyyə xidmətinin təkmilləşdirilməsi məqsədi ilə keçirilir.

İnstitutun mütəxəssisləri azərbaycanlı müdavimləri üçün elmi - praktiki seminarlar, master-klasslar və mühazirələr keçəcəklər eləcədə birgə cərrahi əməliyyatlarda iştirak edəcəklər. Təlimlər aprelin 12-dək davam edəcək.