İran hökuməti Reuters informasiya agentliyinə qadağa qoyub. SİA-nın "BBC" yə istinadən verdiyi xəbərə görə, buna səbəb şərq döyüş növlərini öyrənən bir qrup İranlı qadınları agentliyin reportajında \"qatil\" kimi qələmə verilməsi olub.
İranın Mədəniyyət naziri Reuters-in akkreditasiyasını qeyri-müəyyən müddətə ləğv olundunu bildirib. Məlumatlara görə, qadınlardan bəziləri Reuters agentliyini məhkəməyə vermək niyyətindədirlər.