Xətalardan heç kim sığortalanmayıb, ən tanınmış rejissor belə. Leonid Qaydayın bu yaxınlarda 40 yaşını qeyd etməyə hazırlaşdığı, hamımızın sevə-sevə baxdığı "Qafqaz əsiri" filmi də istisna deyil. Lakin bu kimi belə desək, xalq filmlərində baş verən uyğunsuzluqlar səhv kimi yox, növbəti məzəli hal kimi qəbul edilir.
Film "Qafqaz əsiri və yaxud Şurikin yeni macəraları" adlanır və o, "I əməliyyatı"nin davamı kimi düşünülmüşdü. Şurik də, "möhtəşəm üçlük" olduğu kimi qalıb. Lakin bəs necə olur ki, baş qəhrəman "dost"larını, filmin birinci hissəsində anbarda ona hücum edən quldurları tanımır, bax bu aydın olmayan məqamlardan ilkidir.
Qələm- xəyalət
Tvist dərsi səhnəsində Vitsinin qəhrəmanının pul saydığı stolun üzərinə ikitərəfli qələm qoyulub. Əvvəlcə qırmızı tərəfi, bir neçə saniyədən sonra isə möcüzəvi şəkildə digər ucu, göy tərəfi "Trus"a tərəf tuşlanıb.
Yalançı "rıba"
Domino oynamağı bacaran diqqətli oyunçu "Balbes"in eyni andakı seans səhnəsinə diqqət yetirsə, qəhrəmanın dediyi kimi oyunda – "rıba"nın olmadığını dəqiqləşdirə bilər. İki tərəfdə daşlar 5:4- ü göstərir, ikincisində isə 5:1-ə nisbəti yoxdur.
Çaydakı çəkmələr
Ninanın Şuriki dağ çayından dartıb çıxartdığı səhnə. Şurik yataq torbasının içinə girməzdən əvvəl çəkmələrini çıxarır. Davamı hər kəsə məlumdur: Şurik əli-qolu bağlanmış vəziyyətdə çöl-çəmən, daş - qaya demədən dığırlanır və ən nəhayət, çaya yuvarlanır. İdmançı və komsomolçu Nina qəhrəmanını sudan çəkmələri ilə birlikdə çıxarır. Görünür, Şurik imkan tapıb çıxartdığı ayaqqabılarını geyinə bilib. Amma harada???
Qarınqulu komsomolçu qız
Ən çox "xəta" yoldaş Saaxovun evində çəkilən səhnədə qeydə alınıb. Əvvəlcə ondan başlayaq ki, əmisi Ninanı güdmək üçün qapının gözlüyündən baxsa da bır neçə dəqiqə sonra gözlük yoxa çıxır. Daha bir uyğunsuzluq - yeməklə dolu məcməyi. "Trus, Balbes, Bıvalıy" Ninaya meyvə ilə dolu süfrə açırlar. Üçlüyün "Əgər mən olsaydım sultan" mahnısı bitəndə tamaşaçı yeməklə dolu məcməyin tamamilə boş olduğunu görür. Belə çıxır ki, bərk acmış komsomolçu qız bir neçə dəqiqənin içində yeməkləri həzm-rabedən keçirib.
Tənzif sarğı
Morqunovun qəhrəmanına nasosa bənzər şprislə iynə vurulan səhnə məzəli uyğunsuzluqla müşaiyət olunur. Şurikin dostu, "Bıvalı"nin yumşaq nahiyəsindən iynəni dartıb çixara bilmədiyini görüb, tənziflə sarğılı əllərini tüpürərək ovuşdurur.
"Həqiqi" buz parçası və "vəhşi" ayı
Mağaradan düz filmin qəhrəmanlarının üzərinə hücum edən əyripəncəyə bənzər Himalay ayısı həmin bölgədə yaşamır. Rejissorun ayının boynunda unutduğu xaltanı görmək kifayətdir.
Daha bir məqam diqqətli tamaşaçının gözündən yayınmayıb. Vitsin, Nikulin və Morqunov qovhaqov zamanı soyuducu yük maşınına dırmaşırlar. Üçlük bayıra çıxanda hər şey təbii görünür, Trusun şlyapasına ilişən və hər dəfə hərəkət edəndə yellənən buz parçasından savayı.
Mikrofonun kölgəsi
"Qu gölü" səhnəsində yoldaş Saaxovun ayağının sağ tərəfində mikrofonun kölgəsi aydın şəkildə görünür.
Şuriki düşürdürlər
Filmin sonunda Şurik uzunqulağın tərkində Ninanı yola salarkən onların yaxınlığında avtobus dayanır. Bir anlıq avtobus qəhrəmanları gizlədir, onlarla bərabər uzunqulağın da ayaqları yoxa çıxır. Avtobus yoluna davam edir və…. Növbəti səhnədə uzunqulağın tərkində avtobusun arxasınca gedən Şurik görünür. Nə üçün qəhrəmanın Nina kimi avtobusla yox, uzunqulaqla getmək məcburiyyətində olduğunu tamaşaçıya təxmin etmək qalır.
Senzura və kiçik fəndlər
Filmin ideyası Qaydayın qəzetdə Qafqaz respublikalarından birində qız qaçıran igid haqqında məqaləni oxuyandan sonra yaranıb. Rejissor filmdə dostu Nikulini çəkmək istəyir və onun üçün rol fikirləşir. O isə razılıq vermir: "Bizim zamanımızda qız qaçırırlar? Axmaq fikirdir. Çəkilmək istəmirəm" deyir. Qayday ssenarini birlikdə yazıb əlavələr edəcəyinə söz verərək Nikulini yola gətirir.
"Qafqaz əsiri"ni Brejnev xilas edib
SSRİ-nin Dövlət Kinomatoqrafiya Komitəsi qəti şəkildə filmi qəbul etmək istəmirdi. Filmdəki zarafatlar bəyənilmir, Aleksandr Zaçepinin mahnıları, xüsusilə "Əgər mən olsaydım sultan" mahnısının dövlət ideologiyasına uyğun olmadığı bildirilir.
Hökumət bağında istirahəti zamanı filmlə tanış olan və "əsir" Ninanı çox bəyənən Brejnev əsərin ekranlara çıxmasına izin verir.
Sovet senzurası Qayday və Nikulinin birgə fikirləşdiyi filmin giriş səhnəsini qadağan edir: Trus taxta hasara yaxınlaşaraq "X" hərfini yazır. Ardınca Balbes gəlib "U" hərfini yazır. Bu biabırçılığı görən milisioner fit çalır. Balbes özunu itirmir, tələm-tələsik "xudojestvennıy film" yazıb aradan çıxır.
Maraqlıdır ki, Natalya Varleyin qəhrəmanı Ninanı səsləndirməsi alınmır. "Əsir" Nadejda Rumyantsevanın səsi ilə danışmaq məcburiyyətində qalır.
Saaxovun kabinetində alver səhnəsi zamanı Ninanın əmisi belə bir ifadə işlədir: "Axi sən keçi almırsan!". Burada "almırsan" sözünü başqa aktyor səsləndirib.
Vitsin-Morqunov-Nikulin üçlüyünün pivə içdiyi səhnədə, həyatda qəti şəkildə dilinə içki vurmayan Vitsin pivədən bir iki qurtum içmək məcburiyyətində qalıb.
Beləcə, 40 yaşını haqlayan bu dahi əsərə hələ də baxmaqdan doymuruq. Filmin sitatları hər kəsin dilindədir. Bir-ikisini çıxmaq şərtilə demək olar ki, əsas qəhrəmanların hamısı, o cümlədən dahi Qayday dünyasını dəyişib. Kosmos əsrində yaşayan bizlər hələ də ötən illərin həsrəti ilə yaşayirıq və filmlə bərabər biz də yaşlanırıq. Xətalarımızla.