Azərbaycanda 20 yaşlı oğlan özünü asıb

3 Aprel 2012 12:52 (UTC+04:00)

Gəncə şəhərində intihar hadisəsi baş verib. SİA-nın Daxili işlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə ötən gün günorta saatlarında şəhərin 3-cü mikrorayon yaşayış massivində qeydə alınıb. 3-cü mikrorayonda 9 saylı binada yaşayan Gəncə şəhər sakini, 1992-ci il təvəllüdlü Yusibov Kamran Vəli oğlu yaşadığı binanın zirzəmisində özünü asıb. İntiharın səbəbi məlum deyil. Faktla əlaqədar Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.