\"13 aprel 2012-ci ildən etibarən ABŞ Dövlət Departamenti viza rüsumlarını dəyişəcək. Əksər qeyri-mühacir vizaların və Sərhəd Keçid Kartlarının rüsumları artacaq, bütün mühacir vizalarının rüsumları isə azalacaq\". SİA-nın xəbərinə görə, qurumdan verilən məlumatda bildirilir ki, departament vizaların tətbiq qiymətini ərizə rüsumunu almaq ilə örtür. Bir sıra səbəblərə görə, indiki rüsumlar qeyri-mühacir vizalarının tətbiq edilməsini artıq əhatə etmir. Viza tələbatı nəticəsində əlavə ştatın artırılmasına və xaricdə olan obyektlərin genişlənməsinə qeyri- mühacir viza rüsumunun artması dəstəkləyəcək.
Qeyri-mühacir vizalarının əksər
kateqoriyalarının rüsumunun artırılmasına baxmayaraq, E (müqavilə dilerlər və
müqavilə investorlar) və K (Amerika Birləşmiş Ştatlarının vətəndaşlarının
nişanlıları üçün) vizalarının rüsumları azalacaq.
Qeyri-mühacir vizaların
rüsumları
Viza növü |
Əvvəlki rüsum |
Yeni rüsum |
Turist, Biznes, Tranzit,
Ekipajın üzvü, Tələbə, Mübadilə və jurnalist vizaları |
$140 |
$160 |
Petisiya əsasında vizalar
(H, L, O, P, Q, R) |
$150 |
$190 |
Müqavilə İnvestor və Trader
vizalar (E) |
$390 |
$270 |
Nişanlı üçün (K) |
$350 |
$240 |
Sərhəd Keçid Kartları (15 və
yuxarı yaşında olanlar üçün) |
$140 |
$160 |
Sərhəd Keçid Kartları (15
yaşından aşağı) |
$14 |
$15 |
Mühacir vizalarının xərclərinin yenidən ayrılması ılə bağlı bütün
mühacir vizalarının rüsumu azalacaqdır.
Mühacir vizaların rüsumları
Viza növü |
Əvvəlki rüsum |
Yeni rüsum |
Yaxın Qohum və Ailə
Üstünlük Ərizələri |
$330 |
$230 |
Iş əsasında ərizələr |
$720 |
$405 |
Digər mühacir viza ərizələri |
$305 |
$220 |
Diversity Viza Program
rüsumu |
$440 |
$330 |
Rezidentin Geriyə qayıtma
statusunu müəyyən etmək üçün ərizə |
$380 |
$275 |
Təklif olunan rüsumlar bu gün Federal Qeydiyyatda dərc olunub və 15
gün ərzində qüvvəyə minəcək. Rəylər 60
gün ərzində bu qayda dərc olunan gündən qəbul olunacaq. Bu ərəfədə Departament
ictimai rəylərə baxacaq və elan olunan sonuncu qayda bütün alınan rəylərə
Departamentin cavabını əks etdirəcək.
Məlunmat üçün bildirək ki, rüsum haqqında məlumatı Konsulluq İşlər Bürosunun travel.state.gov vebsaytında və Amerika Birləşmiş Ştatlarının səfirliklərinin və konsulluqlarının saytlarında tapa bilərsiniz.