“U-17 UNİCEF Qızlar Liqası”nın oyunları keçirilib
2 Aprel 2012 12:19 (UTC+04:00)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkil etdiyi "U-17 UNİCEF Qızlar Liqası"nda növbəti oyunlar keçirilib. Siasport.az saytının məlumatına görə, bütün oyunlardan əvvəl 31 mart – Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar olaraq 1 dəqiqəlik sükut elan olunub. Qeyd edək ki, komandaların üzvləri meydançaya qara sarğı ilə çıxıblar. Azərbaycan Futbol Federasiyalarə Assosiasiyasının əməkdaşları tərəfindən liqalarda çıxış edən oyunçulara soyqırım haqda ətraflı məlumat verilib.