Kasilyas “Real Madrid”də son günlərini yaşayır
31 Mart 2012 14:46 (UTC+04:00)
İspaniya "La Liqa"sının və Dünyanın ən böyük klublarından olan "Real Madrid"də ispaniyalı qapıçı İker Kasilyas üçün artıq yolun sonuna gəlindiyi görünür. Siasport.az saytının məlumatına görə, əzəli rəqibi "Barselona"nı 10 xalla geridə qoymağına baxmayaraq iki həftədə etdiyi bərabərliklərlə xal fərqinin 6-ya düşməsinə mane ola bilməyən "Real Madrid"də problemlər də gün işığına çıxmağa başlayıb. İspaniya mətbuatının yaydığı xəbərə görə, uzun müddətdir aralarında gərginlik olduğu qeyd olunan qapıçı İker Kasilyas və baş məşqçi Joze Maurinyonun əlaqələri getdikcə pisləşir. Liqanın son iki həftəsində ilk əvvəl "Malaqa" qarşılaşmasında Kazorladan, sonra isə "Vilyareyal" oyununda Sennadan gələn topu saxlaya bilməməsi səbəbindən Maurinyo qapıçı Kasilyası günahlandırıb. Baş məşqçi və qapıçı arasındakı vəziyyət daha da gərginləşir.