Litvanın xarici işlər naziri Audronius Ajubalis aprelin 1-də Azərbaycana rəsmi səfər edəcək. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, səfər zamanı A. Ajubalisin Azərbaycan prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, həmçinin, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulur.
Nazirlərin görüşündən sonra mətbuat konfransı olacaq.