Uşu üzrə Bakı şəhər birinciliyi keçirilib

29 Mart 2012 18:29 (UTC+04:00)

Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi tədbirlər planına müvafiq olaraq "Avtomobilçi" İC-də uşu üzrə Bakı şəhər birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, çempionatda 4 komandanı təmsil edən 68 nəfər idmançı (55 oğlan, 13 qız) mübarizə aparıb.

Qeyd edək ki, nəticələrə əsasən oğlanlar arasında I yerlərə Məlik Cəfərov ("Neftçi"İSM), Ruzi Vəliyev ("Neftçi"İSM), Nicat Heydərov ("Neftçi"İSM), Rəsul Hacıyev ("Neftçi"İSM), Murad Rüstəmzadə ("Neftçi"İSM), Mahir Cabbarov ("Doqquz tərəf"İK), qızlar arasında isə I yerə Aynur Mustafayeva ("Doqquz tərəf"İK), Səbinə Qaragözlü ("Bakı uşu"İK) layiq görülüb. Komanda hesabında isə "Neftçi"İSM-in idmançıları nəticə etibarı ilə I yerə çıxıb.

Məlumat üçün bildirək ki, I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunub.