WTI markalı neft ucuzlaşıb

29 Mart 2012 10:20 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,92 dollar və ya 1,8% azalaraq 1 barelə görə 105,41 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında mayda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,38 dollar və ya 1,1% azalaraq 124,16 dollar olub.