Bəşər Əsədə sui-qəsd edilib

28 Mart 2012 20:13 (UTC+04:00)

Suriya prezidenti Bəşşar əl-Əsədin korteji Xoms şəhərində naməlum qruplaşmanın atəşinə məruz qalıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bununla əlaqədar olaraq, dövlət başçısı bu şəhərə səfərini vaxtından əvvəl başa çatdırmalı olub.

İnsident zamanı prezidentin özünün xəsarət alıb-almaması və həmçinin digər təfərrüatlar barədə məlumat verilmir.