Dünən axşam futbol üzrə Türkiyə Superliqasında 32-ci tura yekun vurulub. Siasport.az saytı xəbər verir ki, səfərdə "İstanbul Böyükşehir Belediyyespor" klubunun qonağı olan "Beşiktaş" yenə azarkeşlərini üzməli olub. Belə ki, "qara qartal" bu qarşılaşmadan 2:2 hesablı bərabərliklə ayrılaraq növbəti dəfə xal itkisi ilə qarşılaşıb. Hazırda aktivində 54 xalı olan "Beşiktaş", eyni xala sahib olan "Trabzonspor"la üçüncü və dördüncü yerləri bölüşürlər.