Məktəblilər arasında müsabiqə keçirilir

26 Mart 2012 11:38 (UTC+04:00)

31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar yaşı 18-dək olan məktəblilər arasında məqalə müsabiqəsi keçirilir. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Uşaq Təşkilatının təşəbbüsü ilə aparılan müsabiqə "Gənc Qarabağ səfirləri" kampaniyası çərçivəsində aparılır.

Müsabiqəyə təqdim olunan yazılar 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə, uşaq ölümlərinə, uşaq hüquqlarına və sair mövzulara həsr oluna bilər. Məqalələr [email protected] və yaxud [email protected] elektron ünvanlarına göndərilməlidir. Müsabiqənin sonunda qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaq.