Ölkədə metal məmulatlarının istehsalı 1,5 dəfə artıb

26 Mart 2012 10:19 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı müəssisələrində 66,9 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib. Həmçinin istehsalın həcmi hazır metal məmulatlarının istehsalı sahəsində 1,5 dəfə artıb, metallurgiya sənayesində 0,1 faiz azalmışdır. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, iki ay ərzində sahə üzrə 34,3 faiz çox poladtökmə məhsulları, 3,9 dəfə çox çuquntökmə istehsal edilmişdir.