Çilidə 7.2 bal gücündə zəlzələ olub

26 Mart 2012 09:06 (UTC+04:00)

Çilidə 7.2 bal gücündə zəlzələ baş verib. SİA-nın məlumatına görə, Amerika geolojik araşdırmalar mərkəzi (USGS) zəlzələnin Talsa qəsəbəsinin 103 km şimalında yerin 10 km dərinliyində qeydə alındığını bildirib. Yeraltı təkanlar paytaxt Santiaqoda da hiss edilib. Qeyd edək ki, 2010-cu ildə Çilidə meydana gəlmiş 8.8 bal gücündə zəlzələ nəticəsində 500 nəfər ölmüşdü.