Etna Siciliyanı silkələdi

25 Mart 2012 11:58 (UTC+04:00)

İtaliyanın cənubunda, Siciliya adasındakı bu ocaq yenidən püskürməyə başlayıb. Verilən məlumata görə, Avropanın ən böyük vulkanı sayılan Etnanın lavası hələlik ətraf şəhərlər üçün təhlükə yaratmır.


Qeyd edək ki, 2012-ci ilin ilk aylarından başlayaraq, artıq bir neçə dəfədir, burada aktivlik müşahidə olunur.


Yanvar ayının əvvəllərində də vulkan fəallaşmışdı. İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun mütəxəssisləri ocağın cənub-şərq tərəfində yerləşən yeni kraterdən qızmar lava püskürməsini qeydə almışdılar.