Hərbiçilərimiz Türkiyədə keçiriləcək təlimdə iştirak edəcəklər

23 Mart 2012 11:06 (UTC+04:00)

Martın 26-dan iyunun 15-dək Türkiyənin Samsun şəhərində "Zabitlər üçün təməl və səhrada tibb xidmətləri stajı" mövzusunda təlim keçiriləcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SAİ-ya verilən məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən tədbirdə Azərbaycan Silahlı Qüvvələrimizin nümayəndələri də iştirak edəcəklər.