Suriyada qarşıdurma: 86 ölü, 150 yaralı

19 Mart 2012 17:28 (UTC+04:00)

Suriyanın paytaxtı Dəməşqdə qarşıdurma və terror aktları 86 nəfərin həyatına son qoyub. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hadisələr nəticəsində 150 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, hadisə ilə əlaqədar yollar bağlanıb, vertolyotların hərəkət qrafikində dəyişikliklər olub.