Elnur Kələntərov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, mart ayının 16-dan Elnur Kələntərov artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri vəzifəsini icra edir.
Onun əmək fəaliyyətinə nəzər saldıqda məlum olur ki, 1997-2004-cü illər ərzində "Space" Müstəqil Teleradio Şirkətinin "İdman proqramları" departamentində müxbir-şərhçi vəzifəsində, 2004-2008-cı illər "İmprotex" Şirkətlər Qrupunun Reklam və İctimaiyyətlə əlaqələr üzrə menecer, 2008-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ümumi şöbəsində baş məsləhətçi-mətbuat katibi, daha sonra İctimaiyyətlə əlaqələr sektorunda müdir vəzifəsində çalışıb. 2010-cu ilin dekabr ayından nazirliyin Aparat rəhbərinin müavini kimi fəaliyyət göstərib.