Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

16 Mart 2012 09:32 (UTC+04:00)

Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, zəlzələ yer sətinin 100 kilometr dərinliyində meydana gəlib. Tələfat və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.