Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debano Qrexin Azəarbaycana səfərinin tarixi bəlli olub. SİA-nın xəbərinə gröə, bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. O, qeyd edib ki, səfər bu il iyunun 10-15-i arası baş tutacaq.
Onun sözlərinə görə, səfərdə məqsəd Azərbaycan üzrə məruzənin hazırlanmasından ibarətdir. Məruzənin quruma təqdim olunmasına gəlincə S. Seyidov: "Hazırda məruzənin hazırlanması prosesi davam edir. Çünki bu uzun prosesdir. Ehtimal ki, məruzənin AŞPA-nın 2013-cü il yanvar sessiyasında ümumi şəkildə təqdim olunması gözlənilir",-deyə bildirib
Həmməruzəçilərin 2012-ci il yanvarın 31-dən fevralın 2-dək Azərbaycana etdikləri səfər barədə komitə üzvlərinə məlumat verdiklərini deyən diplomatın sözlərinə görə, həmməruzəçilər Azərbaycan Parlamentində, icra hakimiyyətində təmsil olunan və olunmayan müxalifət nümayəndələri ilə görüşlər barədə məlumat veriblər, insan haqları ilə bağlı məsələləri müzakirəyə təqdim ediblər.