Bakıda sərnişin avtobusu yanıb

14 Mart 2012 12:17 (UTC+04:00)
Ötən gecə Bakıda sərnişin avtobusu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda vətəndaşa məxsus "Mercedes" markalı sərnişin avtobusunun yanar hissələri yanıb.

Yaxınlıqdakı avtomobillər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 02:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.