“Bakıelektrikşəbəkə” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

14 Mart 2012 11:46 (UTC+04:00)

"Bakıelektrikşəbəkə" ASC-nin əməkdaşları Novruz Bayramı ilə əlaqədar istirahət günlərində gücləndirilmiş iş rejimində çalışacaqlar. Qurumdan SİA-ya verilən daxil olan məlumata görə, əməkdaşlar bayram və istirahət günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasını, habelə baş verə biləcək qəza hadisəsinin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcəklər. Elektrik şəbəkələrinin normal iş rejiminin təmin olunması məqsədilə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək. Baş vermiş qəzaların nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, tədbirlərin keçirildiyi və digər bayram günlərində aparılması nəzərdə tutulan bütün işlərin müvəqqəti olaraq dayandırılmasını təmin edəcəklər. Abonentlərin bayram günlərində fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təchiz olunmaları üçün əlavə mal-material və maşın-mexanizmlər, texniki qüvvə və növbətçilik qaydaları müəyyən olunub, avadanlıq və material ehtiyatı təmin edilib.