® “MIROTEL Resort & Spa”nın Azərbaycanda təqdimatı keçirildi

13 Mart 2012 13:02 (UTC+04:00)

Bu gün yeni istifadəyə verilən Ukraynanın məhşur beşulduzlu istirahət oteli "MIROTEL Resort & Spa\"nın Azərbaycanda təqdimat mərasimi keçirilib. Yeni istirahət kompleksi tarixi şəhər Truskavetsin mərkəzindən 5 dəqiqəlik yol məsafəsində yerləşir. İstirahət mərkəzində müalicəvi tibb mərkəzi olan "Med-Palas\" yerləşir. "Med-Palas"da müasir texnologiyalar və yerli təbabətlər əsasında 350 növ müalicə üsulu təqdim edilir. Burada müəyyən xəstəliklərdən əziyyət çəkən insanların dəqiq müayinəsinin aparılması üçün diaqnostik mərkəz, su ilə müalicə SPA mərkəzi mövcuddur. Otelin Ukraynada bənzəri olmayan SPA mərkəzi, masaj otağı, üzgüçülük hovuzu, sauna, hamam və s. müştərilərin sağlamlığının və rahatlığının yüksək səviyyədə təşkilinə imkan yaradır. Oteldə ən müasir standartlara cavab verən texnologiya quraşdırılıb.

"MIROTEL Resort & Spa" otelinin satış və marketing üzrə rəhbəri Yelena Qeraşenko bildirib ki, yeni istifadəyə verilən otel turizm və mehmanxana sahəsində yeni səhifə açacaq və daha artıq turistlərin ölkəyə cəlb edilməsinə böyük töhfə verəcək. O, qeyd edib ki, otelə səfər edəcək bütün müştərilərə yüksək keyfiyyətli servis göstəriləcək: "Bizim əsas məqsədimiz turizm və mehmanxana sahəsində ən vacib amil olan Müştəri məmnuniyyətinə nail olmaqdır. Eyni zamanda biz mütəmadi olaraq mehmanxana biznesində baş verən yenilikləri araşdırır və qonaqların rahatlığını təmin etmək üçün müxtəlif tədbirlər həyata keçiririk. Mehmanxanaya daxil olan hər bir qonaq servislərin müxtəlifliyi və yüksək səviyyədə olmasının əyani şəkildə şahidi olacaq. Yüksək keyfiyyətli xidmət və müştəri məmnunluğu yalnız servislərin çoxluğundan deyil, qonaqlarda xoş təəssürat yaradan insan amilindən də asılıdır".

Yeni və müasir istirahət mərkəzində 184 komfortlu və eleqant nömrələr mövcuddur. Bütün nömrələr düz ekranlı televizor və müasir vanna otağı ilə təchiz olunub. Xüsusən də "L escale" restoranı dünyanın bütün mətbəx nemətlərini özündə ehtiva edən nadir restoranlardan biridir. Həmçinin "Lobby Lounge", "Bar & Grill" restoranlarında sizə təqdim olunacaq nemətlər həyatınızda yeni dünyanın formalaşmasına zəmin yaradacaq.