Arxeoloji qazıntılar maraqlı faktlar ortaya çıxarıb - FOTO

12 Mart 2012 18:03 (UTC+04:00)

Şəmkir qalasında aparılan arxeoloji qazıntılar bir sıra maraqlı faktları ortaya çıxarıb. Arxeoloqların təhqiqatı nəticəsində məlum olub ki, Şəmkirdə sivilizasiya 6-cı əsirdən öncəyə təsadüf edir. Bu günə kimi isə tarixçilər Şəmkirin orta inkişaf edən şəhər kimi 6-cı əsrdən sonra inkişaf etdiyi qənaətində olub.

Hazırda Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən qalada ekspedisiya işləri davam etdirilir.

Tarixi abidə bir sıra faktlara şahidlik edib. Sisyanovun Gəncə şəhərinə hücumu da məhz Şəmkir qalasından həyata keçirilib.


Qeyd edək ki, təhqiqatlar aparılsa da qalanın tarixinin tam öyrənilməsi hələ ki mümkün olmayıb.


İlham Məmmədov