Yaponiyadakı Fukusima fəlakətinin birinci ildönümü Türkiyədə də qeyd edilib. İstanbul şəhərinin Taksim meydanında atom-elektrik stansiyalarına qarşı etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları atom-elektrik stansiyalarının ətraf mühit və insan sağlamlığına vurduğu ziyana diqqət çəkmək üçün Bəyoğlunda insan zənciri yaradıblar. Onlar Taksim meydanından Qalatasaray meydanına yürüş edərək, Türkiyədə də atom-elektrik stansiyaların olmasını istəmədiklərini bəyan edib və anti-nüvə şüarları səsləndiriblər.
Etiraz aksiyasına bir sıra ekologiya mühafizəçiləri təşəbbüs qrupları, eləcə də Green Peace təşkilatının üzvləri də qoşulub.