Türkiyə öz qırıcı təyyarələrini istehsal edəcək

10 Mart 2012 14:39 (UTC+04:00)

Türkiyənin Müdafiə Sənayesi komitəsi türk qırıcı təyyarələrinin istehsalı proqramının genişlənilməsi haqqında qərar qəbul edib. SİA-nın xəbərinə görə, proqramın həyata keçirilməsi üçün büdcədən 20 milyard dollar pul ayırılıb.

Türk qırıcı təyyarələrinin ilk konstruksiyası 2020-ci ildə konveyerdən çıxmalıdır. Hal-hazırda gəlir səviyyəsinin qiymətləndirilməsi və istehsalın qaydaya salınmasının iqtisadi məqsədəuyğunluğuna görə intensiv iş gedir.

Türklər həmçinin 100 ədəd ən yeni F-35 amerika qırıcısını almaq niyyətində olduqlarını elan ediblər.