ABŞ Rusiyada keçirilən seçkilərdə qalib gəlmiş Vladimir Putinlə birgə çalışmağa hazırdır. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Hillari Klinton bildirib.
Seçkilər zamanı yaşanan bəzi çatışmazlıqların öyrənilməsinin vacibliyini vurğulayan qadın diplomat bildirib ki, Vaşinqton bir sıra "çətin məsələlərdə", Rusiya ilə əməkdaşlığın genişləndirilməsi yollarını arayacaq.