Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayev həbs edilib

5 Mart 2012 13:19 (UTC+04:00)
ANS-in "Toy olsun" verilişinin aparıcısı Ulvira Qarayevanın həyat yoldaşı Tərlan Mustafayev həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, 2011-ci il dekabrın 11-nə keçən gecə O. Bağırov küçəsində yaşayan Zemfira Əliyevanın evindən açıq qapıdan keçmə yolu ilə televizor, DVD və telefon oğurlanıb. Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Rüstəmov və Tərlan Mustafayev martın 3-də tutulublar.