Türkiyə Prezidenti Abdulla Gül, Türkiyədə rəsmi səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədovu dövlət ordeni ilə təltif edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Türkiyə prezidenti türkmənistanlı həmkarını \"Çankaya Köşkü\"ndə qarşılayıb.
Prezdentlərin təkbətək görüşündən sonra təşkil olunan mərasimdə orden Qurbanqulu Berdıməhəmmədova təqdim edilib.