“Bakı” yarımfinala vəsiqə qazandı

29 Fevral 2012 12:08 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, Avrokubokun Çempionlar Liqasının ¼ final mərhələsində "Azərreyl" və "Dinamo Kazan" komandaları arasında keçirilən oyunda rəqibə məğlub olan komandamızın ardından ümidlər "Bakı"ya bağlanmışıdı. Siasport.az saytının məlumatına görə, Çağırış Kubokunda Rusiyanın "Omichka" klubu ilə cavab oyununda görüşən "Bakı" gözlənilən ümidləri doğrultdu. Belə ki, səfərdə 2:3 hesabı ilə məğlub olan komandamız öz evində 3:0 hesabı ilə rəqibinə heç bir şans verməyib. Əsas qalibi təyin etmək üçün keçirilən qızlı setdə də 15:11 hesabı ilə qələbə qazanan "Bakı" yarımfinala yüksəlib.

Orxan Faiqov