“Tələbələrin İKT biliklərinin artırılması” davam edir

28 Fevral 2012 19:08 (UTC+04:00)

Azərbaycan Tələbələr Birliyinin (ATB) Gənclər və İdman Nazirliyi ilə həyata keçirdiyi "Tələbələrin İKT biliklərinin artırılması" layihəsi davam edir. SIA-nın xəbərinə görə, layihənin əsas məqsədi tələbələr arasında informasiya texnologiyaları ilə bağlı maarifləndirmə işi aparmaq, Qarabağ və ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün sosial şəbəkələrdən istifadəni təbliğ etməkdir.

ATB-dən bildiriblər ki, artıq layihə çərçivəsində tələbələrlə bir neçə görüş gerçəkləşdirilib. Belə tədbirlərin davamlı olması və daha çox tələbənin layihədən yararlana bilməsi üçün universitet, orta ixtisas təhsil müəssisələrinin də layihəyə cəlb edilməsi planlaşdırılıb.