Berti Foqts: “Çoxlu qol imkanlarını dəyərləndirə bilmədik”

28 Fevral 2012 10:33 (UTC+04:00)

Həmyerlilərimizin Dubayda Hindistan yığması ilə keçirdiyi oyunundan sonra milli komandamızın baş məşqçisi Berti Foqts açıqlama verib. Siasport.az saytının məlumatına görə, qarşılaşmada komandamızın qələbəsinə baxmayaraq baş məşqçi daha çox qol vurmaq şansının olduğunu vurğulayaraq fikirlərini belə ifadə edib: "Təki belə qələbələrimiz çox olsun. 3 qol vursaq da, hesabımızı daha da artıra bilərdik. Lakin çoxlu qol imkanlarını dəyərləndirə bilmədik. Hücumda daha yaxşı oynamalıyıq. Güclü rəqiblərlə qarşılaşmalar zamanı səhv etməməliyik. Ona görə ki, güclü rəqiblər heç vaxt səhvləri bağışlamır".


Orxan Faiqov