Kaxaber Tsxadadze bu gün Dubaya gedəcək

27 Fevral 2012 19:45 (UTC+04:00)

"İnter" klubunun baş məşqçisi Kaxaber Tsxadadze bu gün Azərbaycan yığmasının Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən təlim-məşq toplanışına qatılmaq məqsədi ilə adı çəkilən ölkəyə səfər edəcək. Siasport.az saytının məlumatına görə, sabah K.Tsxadadze Dubaya yola səfər edəcək, fevralın 29-da isə Bakıya geri qayıdacaq.

Məlumat üçün bildirək ki, K.Tsxadadzenin Dubayda şəhərində səfərdə olduğu vaxt ərzində Azərbaycan milli komandasının məşqlərini və Fələstin yığması ilə keçiriləcək yoxlama oyununu da izləyəcəyəcək.


Orxan Faiqov