Avtomobil qaçıran şəxs qəza törədib

25 Fevral 2012 12:04 (UTC+04:00)

Fevralın 24-ü saat 23:30 radələrində Astara rayon sakini Taleh Əkbərov Ələt qəsəbəsi ərazisində Lökbatan qəsəbə sakini Novruz Əsədova məxsus "VAZ-2107" markalı avtomobili qaçıraraq, qəsəbə ərazisində qəza törədib. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nəticədə, T.Əkbərov və sərnişinləri, Ələt qəsəbə sakinləri Kənan Bədəlzadə, Sabir Səlimov xəsarət alaraq Klinik Tibbi Mərkəzə yerləşdiriliblər.