Ermənistan silahlı qüvvələrinin bölmələri fevralın 24-də 19.40-dan 19.50-dək Ağdam rayonunun Şıxlar kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, düşmən cavab atəşi ilə susdurulub.