Xocalı faciəsinin 20 illik ildönümü ərəfəsində Xətai rayonu ərazisindəki Xocalı prospekti abadlaşdırılıb. Bu ərazidə yerləşən binalar təmir olunub, müasir görkəmə salınıb.
Prospektdə ucaldılmış abidə kompleksində və bütövlükdə park-xiyabanda bərpa və yaşıllaşdırma işləri aparılıb.
Hazırda ərazidə abadlaşdırma işləri davam etdir. Sözügedən ərazidə yerləşən M.E. Əfəndiyev adına şəhər klinik xəstəxanası da əsaslı təmir olunur.
Tezliklə Xocalı prospekti yeni görkəm alacaq.