Beynəlxalq Banka qoyulan əmanətlərinin məbləği 40 faiz artıb

17 Fevral 2012 15:46 (UTC+04:00)

Ötən ildə ölkə əhalisi tərəfindən Azərbaycan Beynəlxalq Bankına (ABB) 252 milyon manat məbləğində əmanət qoyulub. Beynəlxalq Bankdan SİA-ya verilən məlumata görə, yanvarın 1-nə ABB-də əhalinin əmanətlərinin məbləği 40 faiz artaraq 968 milyon 996 min manat təşkil edib. Bu da cəmi banklar üzrə fiziki şəxslərin əmanətlərinin 41 faizinə bərabərdir.