Son bir ayda Gəncə şəhərində narkotik vasitələrin istifadəsi, satışı ilə bağlı 18 fakt aşkar edilib. Nəticədə dövriyyədən 8 kq narkotik vasitə çıxarılıb. SİA-nın bölgə müxbirinin məlumatına görə, bu barədə məlumatı "Narkotiklərlə mübarizə aylığı" çərçivəsində aparılan tədbirlərin nəticələrinə dair Gəncə şəhər Baş Polis İdarəsindən məlumat verilib. İstintaq tədbirləri sübuta yetirib ki, saxlanılan şəxslərin demək olar ki, əksəriyyəti oğurluq, quldurluq, vətənə xəyanət, cibgirlik və digər cinayətlərə görə əvvəllər məsuliyyətə cəlb olunan şəxslərdir. Tutulanlar arasında qadınlar da var.
Hazırda bu istiqamətdə hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Əsas məqsəd "ağ ölüm"ün qarşısını almaqdır.
İlham Məmmədov