Müdafiə naziri: \"İsrail qisasını alacaq\"

15 Fevral 2012 13:34 (UTC+04:00)

\"İsrail qisasını alacaq\". SİA-nın xəbərinə görə, bunu İsrailin müdafiə naziri Ehud Barak deyib. Taylandın paytaxtı Banqkokda baş verən 3 partlayışa görə İranı ittiham edən nazir bəyan edib ki, İsrail Banqkokda həyata keçirilən partlayışların arxasında İran hökumətinin dayandığını bilir.

Qeyd edək ki, son iki gündə İsrail diplomatlarına Tayland, Hindistan və Gürcüstanda hücum edilib.