Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində yaşayan gənc azərbaycanlı bəstəkar Türkər Qasımzadənin fortepiano üçün yazılmış bu əsəri tamaşaçılara təqdim edilib. SİA-nın xəbərinə görə, tədbirdə eyni zamanda, ABŞ-ın müxtəlif musiqi akademiyalarında təhsil alan gənc bəstəkarların, habelə məzunların yeni əsərlərindən ibarət konsert proqramlarıauditoriyaya nümayiş olunub.
Bakı Musiqi Akademiyasının məzunu olan Türkər Qasımzadə 2011-ci ildə Manhettan Musiqi Akademiyasından magistr dərəcəsi alıb. Hazırda, gənc bəstəkar Heydər Əliyev adına Fondun dəstəyi ilə ABŞ-ın musiqi sahəsində ən qabaqcıl təhsil müəssisələrindən biri olan Ohayo ştatında yerləşən Sinsinatti Konservatoriyasında bəstəkarlıq üzrə doktorluq dərəcəsində təhsilini davam etdirir. Bəstəkarın əsərləri ABŞ, İtaliya, İsveçrə, Latviya, Avstraliyada keçirilmıiş müxtəlif müsabiqələrin ən yüksək mükafatlarına layiq görülüb.