İçərişəhərdə yerləşən muzeydə partlayış baş verib

13 Fevral 2012 20:36 (UTC+04:00)
İçərişəhərdə güclü partlayış baş verib. Hadisə Böyük Qala küçəsi 13/15 ünvanında yerləşən muzeydə qeydə alınıb. Həmin ünvanda "Azəriqaz" QSC-nin əməkdaşları qaz sayğacı quraşdıran zaman anidən partlayış baş verib. Nəticədə "Azəriqaz"ın əməkdaşları – 32 yaşlı Riyad Quliyev, 54 yaşlı Nizami Durmuşov, 27 yaşlı Ceyhun Musayev və 29 yaşlı Kamran Məmmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.