Heydər Əliyev adına Sarayda "Aşıq sənətinin davamçıları" adlı böyük aşıq konserti keçirilib. SİA-nın məlumatına görə, konsertdə əməkdar mədəniyyət işçiləri Nemət Qasımlı, Əhliman Şirvanlı, "Nemət" Aşıqlar Qrupu, aşıqlar - Altay Məmmədli, İlham Aslanbəyli, Təbriz Vəliyev, Vüqar Mahmudoğlu, Mehdi Məsimov, Qələndər Zeynalov, Əli Tapdıqoğlu, Heydər Məqsədoğlu, Dilbər Əliyeva və Respublika aşıq müsabiqəsinin qalibləri - İbrahim Cəfərov, Nicat Qurbanov və Elvin Mehmanlı iştirak ediblər.
Tədbirdə müxtəlif aşıq havaları, saz musiqiləri səslənib. Aşıq ifaçılarının oxuduğu dillər əzbəri olan, tarixi kökümüzü əks etdirən musiqilər tamaşaçıların marağına səbəb olub.
Qeyd edək ki, konsertin informasiya dəstətəyi SƏS İnformasiya Agentliyinə məxsus idi.