Sabah Azərbaycan Çempionatında Super Liqa oyunlarının 9-cu tur qarşılaşmaları keçiriləcək. Voleybol Federasiyasının mətbuat katibi Şəfəq Kərimovanın siasport.az saytına verdiyi xəbərə görə, sabah saat 15:00-dan etibarən qarşılaşmalara start veriləcək və ilk görüş "Rabitə" və "Lokomotiv" klubları arasında keçiriləcək. Digər komandaların adları və oyunların keçiriləcək vaxtı isə belədir:
17:00. "Azerreyl" – "Azəryolservis"
19:00. "İqtisadçı" –"Bakı"
Orxan Faiqov