“Toyota-Prado”da saxta polis vəsiqəsi aşkarlanıb

13 Fevral 2012 15:53 (UTC+04:00)

Abşeronda avtomobildən saxta polis vəsiqəsi və saxta dövlət nömrə nişanları götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abşeron rayon sakini Seymur Talıbovun idarə etdiyi "Toyota-Prado" markalı avtomaşına baxış zamanı 2 ədəd dəyənək, 1 ədəd qandal, 4 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Seymur Talıbova məxsus saxta polis vəsiqəsinin surəti, tabel silahını götürmək üçün əvəzedici kart, 2 ədəd dövlət qeydiyyat nömrə nişanları aşkar edilərək götürülüb.


Faktla bağlı cinayət işi başlanıb.