Daha 4 nəfər dəm qazından zəhərləndi

13 Fevral 2012 14:34 (UTC+04:00)

Abşeron rayonu sakinləri 12 yaşlı Ayxan Qubadzadə, Ceyhun Rəhimov, Zəhra Mirzəyeva və Zaur Mehdiyev öz evlərində dəm qazından zəhərləniblər. DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Tibbi yardım nəticəsində onların həyatını xilas etmək mümkün olub.